AFFA İcraiyyə Komitəsinin sabaha planlaşdırılan iclası təxirə salınıb
AFFA İcraiyyə Komitəsinin iclası təxirə salınıb.
Bu barədə milli assosiasiya rəsmi saytı vasitəsilə məlumat yayıb.
Toplantı sabah Gəncədə təşkil edilməli idi.
AFFA-dan Mediasport.az saytına verilən məlumata görə, iclas Rövnəq Abdullayevin səhhətində yaranan problem səbəbindən baş tutmayacaq.
İclasın yeni tarixi hələlik məlum deyil.
Qeyd edək ki, toplantının gündəliyində AFFA-nın Növbəti Hesabat-Seçki Konfransının tarixinin müəyyən edilməsi, aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatlarla əlaqədar müzakirə (U-21 istisna olmaqla) və digər məsələlər, həmçinin, Gəncə Futbol Akademiyasının təmirdən çıxmış binasının açılışı mərasimi nəzərdə tutulmuşdu.