Yığmamız "Zirə" ilə "sülh" bağladı

Yığmamız "Zirə" ilə "sülh" bağladı

Bakıda təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

mediasport.az xəbər verir ki, yığmamız "Zirə"nin əvəzediciləri ilə qarşılaşıb.

Görüş 1:1 hesabı ilə yekunlaşıb. U-18-in heyətində 30-cu dəqiqədə Sənan Ağalarov fərqlənib.