AFFA milli komandamız üçün Şenol Günəşlə danışıqlara başlayıb

AFFA milli komandamız üçün Şenol Günəşlə danışıqlara başlayıb

Futbol üzrə Türkiyə yığma komandasına 2002-ci ildə dünya üçüncülüyünü qazandırmış Şenol Günəş Azərbaycan millisinin baş məşqçisi ola bilər.

Mediasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, federasiya 71 yaşlı mütəxəssislə danışıqlara başlayıb.

Qocaman məşqçinin son iş yeri "Beşiktaş" olub. O, "qara qartallar"ın sükanı arxasından uğursuz nəticələrə görə bu il oktyabrın 6-da yola salınıb.