VƏSSALAM! Respublika stadionu Premyer Liqanın bu klubuna verildi
Tofiq Bəhramov adına Respublika stadionu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ), dolayısı ilə "Neftçi"nin ixtiyarına verilib.
MediaSport.az saytına daxil olan məlumata görə, məsələni şəxsən SOCAR rəhbəri Rövşən Nəcəf həll edib.
Aprelin 26-da arenaya direktor təyin edilən Babək Həmidobun 2 ay sonra vəzifəsindən çıxarılması təsadüfi deyilmiş. Stadionun yeni direktoru Tələt Məmmədovu gənclər və idman nazirinin əmri ilə məhz Rövşən Nəcəf təyin etdirib.
Əvvəllər "Bakcell Arena"da işləmiş Tələt Məmmədov uzun illər "Neftçi"də təşkilati msələlər üzrə menecer vəzifəsində çalışıb. SOCAR və nazirliyin rəhbərliyinə, dəqiq desək, vaxtilə "Neftçi"də vəzifə tutan qurumun indiki şöbə müdiri Elnur Məmmədova yaxın kadrlardan sayılır.
Respublika stadionu Gənclər və İdman Nazirliyinin balansında qalacaq. Lakin buradan qarşıdakı mövsümdən etibarən yalnız milli komanda və "Neftçi" istifadə edə biləcək.
Hazırda ot örtüyünün dəyişdirilməsi və təmi-tikinti işləri görülən arena son mövsümə qədər icarə əsasında "Qarabağ"ın sərəncamında idi.