Superliqada oynamış futbolçu Azərbaycan klubuna transfer edildi
"Kəpəz" daha bir legioner transfer edib.
Mediasport.az xəbər verir ki, Gəncə klubu Mahamadu Banın keçidini rəsmiləşdirib.
Qərblilər malili yarımmüdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalayıblar.
25 yaşlı oyunçu karyerası ərzində Türkiyə klublarında forma geyinib.
O, "Ərzurumspor", "Adana Dəmirspor", "İstanbulspor" və "Tuzlaspor" kimi komandalarda oynayıb, sonuncuların heyətində Türkiyə Superliqasında forma geyinib.