"Qarabağ"lılar İtaliyaya yollandılar
Mövsümü növbəti - 10-cu çempionluqla başa vuran "Qarabağ" futbolçuları istirahət üçün xarici ölkələrə üz tutublar.
mediasport.az xəbər verir ki, Ağdam klubunun 2 yerli üzvü - Bəhlul Mustafazadə ilə İsmayıl İbrahimli İtaliyaya yollanıb.
Roma şəhərində dincələn futbolçular dünyaşöhrətli "Kolizey" və "Müqəddəs Pyotr Meydanı"ndan çəkdirdiyi şəkilləri sosial şəbəkə hesablarında paylaşıblar.