Azərbaycanın daha bir hakiminin kateqoriyası artırılıb - FOTO

Azərbaycanın daha bir hakiminin kateqoriyası artırılıb - FOTO

Azərbaycanın boks hakimi Qalib Əbiyev növbəti imtahandan uğurla keçib.

Mediasport.az xəbər verir ki, referinin beynəlxalq kateqoriyası 1 ulduzdan 2 ulduza artırılıb.

O, bu nailiyyətə fevralın 12-18-də Rumıniyanın Ployeşti şəhərində yeniyetmə və gənc boksçular arasında “Drakula” beynəlxalq turnirində imza atıb.

İBA yarışda nəzəri və praktiki dərslərə qatılan həmyerlimizin imtahandan uğurla keçdiyini açıqlayaraq, onun ulduzunu artırıb.

Ondan öncə Rövşən Qədirov, Anar Nağdıyev və Elxan Quliyevin beynəlxalq kateqoriyası da 2 ulduza qaldırılıb.

Qeyd edək ki, Azərbaycan Boks Federasiyası həm milli, həm də beynəlxalq kateqoriyaya malik hakimlərimizin peşəkarlıq səviyyəsinin artırılması, onların sayının çoxaldılması istiqamətində işləri davam etdirəcək.