"Neftçi" 40 komanda arasında 2-cidir - Dünya Qadınlar Seriyası

"Neftçi" 40 komanda arasında 2-cidir - Dünya Qadınlar Seriyası

Qadınlar arasında təşkil olunmuş 3x3 basketbol üzrə Dünya Seriyasında 2023 mövsümü yekunlaşıb.

Mediasport.az xəbər verir ki, bu turnirdə ölkəmizi təmsil edən "Neftçi" klubu Dünya Qadınlar Seriyasının final mərhələsinə vəsiqə qazanmaqla Azərbaycan 3x3 qadın basketbolu tarixində böyük bir uğura imza atıb.

Final mərhələsində 6-cı pilləni tutmuş "Neftçi" bundan əlavə 4 dəfə mərhələ çempionu və 1 dəfə də ikinci sıranın sahibi olmağı bacarıb. Ümumilikdə 831 reytinq xalı ilə mərhələ sıralamasında yalnız Çin yığmasından geri qalmış "Neftçi" 40 komanda arasında ikinci pilləni tutub.