Şahmat Tacı uğrunda Liren-Qukeş qarşılaması Sinqapurda olacaq
Çinli Din Lirenlə hindistanlı Dommaracu Qukeş (Hindistan) arasında Şahmat Tacı uğrunda oyunlara ev sahibliyi edəcək ölkə müəyyənləşib.
Mediasport.az xəbər verir ki, həlledici görüşlər noyabrın 20-dən dekabrın 15-dək Sinqapurda təşkil olunacaq.
Bu barədə məlumatı FİDE paylaşıb.
Dünya çempionluğu uğrunda qarşılaşmanın mükafat fondu 2,5 milyon ABŞ dollarıdır.
Xatırladaq ki, Din Liren hazırkı dünya çempionu, Dommaracu Qukeş isə İddiaçılar Turnirinin son qalibidir.