Şahmat üzrə millimizin üzvü ölkə çempionatında mübarizə aparacaq
Şahmat üzrə Azərbaycan milli komandasının üzvü Şəhriyar Məmmədyarov gələn il keçiriləcək Azərbaycan çempionatında iştirak edəcək.
Mediasport.az xəbər verir ki, 39 yaşlı qrossmeyster bu barədə rəsmi sosial şəbəkə hesabı vasitəsilə məlumat verib.
Məmmədyarov yarışın çox maraqlı keçəcəyini bildirib:
"Ölkə şahmatını dəstəklədiyi üçün Azərbaycan Şahmat Federasiyası və rəhbəri Mahir Məmmədova təşəkkür edirəm. Ümid edirəm ki, ildən-ilə ölkə birinciliyinə dəstəyi artar".
Milli üzvü gənc şahmatçılardan da söz açıb:
"Bu ilin başlanğıcından söz vermişdim ki, ölkə birinciliyində oynayacam və 2025-ci ildə keçiriləcək turniri həyəcanla gözləyirəm. Bizim gənc və aparıcı şahmatçılarımızla oynayacağım üçün çox şadam".