Millimizin seçmə mərhələ oyununda tablo niyə işləmir?

 Millimizin seçmə mərhələ oyununda tablo niyə işləmir?

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası AVRO-2025-in seçmə qrup mərhələsi çərçivəsində Macarıstan yığmasını qəbul edir.

Mediasport.az saytının Mərdəkanda olan əməkdaşı xəbər verir ki, görüşün keçirildiyi "Liv Bona Dea" stadionunda elektron lövhə işləmir.

UEFA-nın buna görə AFFA-nı cəzalandıracağı gözlənilir.

İlk hissəsi davam edən matçda qonaqlar hesabda irəlidədirlər - 1:0.

Xatırladaq ki, komandamız Macarıstan səfərində 1 xal qazanmışdı.