Avropa çempionatı: Milli üzvünün xanımı gümüş medal qazanıb
Yunanıstanın Rodos adasında keçirilən qadın şahmatçıların fərdi 24-cü Avropa çempionatına yekun vurulub.
Mediasport.az daha əvvəl xəbər verdiyi kimi, İsveçrə sistemi ilə 10 turdan ibarət olan turnirin qalibi Azərbaycan şahmatçısı Ülviyyə Fətəlliyeva olub.
27 yaşlı qrossmeysterimiz məğlubiyyət yaşamadan qitə birincisi adını qazanıb.
Fətəliyeva bu titula sahib çıxan ilk azərbaycanlı kimi tarixə düşüb.
Kişilərdən ibarət yığmamızın üzvü Rauf Məmmədovun həyat yoldaşı Nataliya Buksa son turda digət rəmsilçimiz Günay Məmmədzadə ilə heç-heçə edərək gümüş medala sahib çıxıb.
Günay 6-cı yeri tutub.
Digər təmsilçilərimiz “10-luğ”a düşə bilməyiblər.
İlk "10-luq"da yer alan şahmatçılar Dünya Kubokuna vəsiqə qazandığından Ülviyyə və Günay gələn il bu mötəbər turnirdə oynamaq hüququna yiyələnib.
Qeyd edək ki, çempionatda 182 şahmatçı mübarizə aparıb.