Budapeştdə keçiriləcək Şahmat Olimpiadasının proqramı açıqlandı

Budapeştdə keçiriləcək Şahmat Olimpiadasının proqramı açıqlandı

Sentyabrın 10-23-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Ümumdünya Şahmat Olimpiadasının proqramı açıqlanıb.

Mediasport.az Təşkilat Komitəsinə istinadən xəbər verir ki, yarışın ilk turu sentyabrın 11-də, sonuncu turu 22-də oynanılacaq.

Sentyabrın 10-da təntənəli açılış mərasimi və kapitanların görüşü baş tutacaq.

Sentyabrın 17-də turnirdə istirahət günü olacaq. Olimpiada “BOK Sports Hall”da keçiriləcək.

Olimpiadada kişilərin yarışında 193, qadınların mübarizəsində 181 komanda titul qazanmağa çalışacaq.

Xatırladaq ki, Azərbaycanın kişilərdən ibarət yığmasında Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Məhəmməd Muradlı və Aydın Süleymanlı, qadınlarda isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova mübarizə aparacaqlar.