Avropa Olimpiya Təsnifat turniri: Yarışın proqramı açıqlanıb
Güləş üzrə Bakıda keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinin proqramı açıqlanıb.
Mediasport.az xəbər verir ki, 3 gün ərzində 297 güləşçi olimpiadaya vəsiqə uğrunda mübarizə aparacaq.
Açılış mərasimi sabah saat 17:30-da başlayacaq. Tədbirin rəsmi hissəsində Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Dünya Güləş Birliyinin (UWW) büro üzvü Namiq Əliyev və UWW-nin vitse-prezidenti Teodoros Hamakos çıxış edəcək. Açılış mərasiminin bədii hissəsində isə "Talant şou" rəqs qrupunun çıxışı olacaq.
Avropa Olimpiya Təsnifat turnirində hər çəkidə 2 güləşçi Paris-2024-ə vəsiqə qazanacaq.
Avropa Olimpiya Təsnifat turniri
5 aprel. Yunan-Roma güləşi
10:30 - 15:00 Təsnifat görüşləri
17:30 - 17:50 Açılış mərasimi
18:00 - 20:30 Yarımfinallar
6 aprel. Qadın güləşi
10:30 - 13:30 Təsnifat görüşləri
18:00 - 20:30 Yarımfinallar
7 aprel. Sərbəst güləş
10:30 - 14:00 Təsnifat görüşləri
18:00 - 20:30 Yarımfinallar