"Turan Tovuz" azarkeşləri yenə 2 manata hədiyyələr qazanacaqlar

"Turan Tovuz" azarkeşləri yenə 2 manata hədiyyələr qazanacaqlar

Azərbaycan Premyer Liqasının 29-cu turunun “Turan Tovuz” - “Sabah” oyununun biletləri satışa çıxarılıb.

Mediasport.az xəbər verir ki, biletləri Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə etmək mümkündür.

2 AZN-lik biletlərlə yanaşı, məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.

Aprelin 6-da keçiriləcək görüş saat 16:00-da başlanacaq.

Əvvəlki iki ev matçında olduğu kimi, bu dəfə də qarşılaşmadan sonra Tovuz klubunun rəsmi tərəfdaşı “İnci Group of Companies” tərəfindən uduşlu lotereya təşkil olunacaq.