"Neftçi" ilə yığmamız Fransada 4 oyunun hamısında məğlub oldu

"Neftçi" ilə yığmamız Fransada 4 oyunun hamısında məğlub oldu

3x3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan yığma komandası və "Neftçi" klubu Fransanın Orlean şəhərində keçirilən Dünya Qadınlar Seriyasının növbəti mərhələsində mübarizəni erkən dayandırıb.

MediaSport.az xəbər verir ki, C qrupunda mübarizə aparan yığmamız ilk matçda ABŞ basketbolçularına məğlub olub - 7:21. Milli ikinci görüşdə Çinin "Yuanda" klubuna da müqavimət göstərə bilməyib - 14:21.

A qrupunda yer alan Seriyanın "Şuşa mərhələsi"nin qalibi "ağ-qaralar" isə ilk oyunda Kanada millisinə 17:21, ardınca İtaliya seçməsinə 14:16 hesabı ilə məğlub olublar.