Şuşada Dünya Qadınlar Seriyasının mərhələ oyunları start götürür
Bu gün 3x3 basketbol üzrə Dünya Qadınlar Seriyası çərçivəsində Şuşa mərhələsinin oyunları start götürəcək.
mediasport.az xəbər verir ki, turnirdə 8 komanda 2 qrupda yarışacaq. Azərbaycan yığma komandası Niderland, Macarıstan milliləri və Yaponiyanın "G FLOU" klubu ilə birlikdə "B" qrupunda yer alır.
Digər təmsilçimiz "Neftçi" isə "A" qrupunda Almaniya, Rumıniya və Türkiyə milliləri ilə mübarizə aparacaq.
Reqlamentə əsasən, birinci yerin qalibləri birbaşa yarımfinala vəsiqə qazanacaqlar. Qrupda ikinci və üçüncü yeri tutan komandalar bir-biriləri ilə çarpaz şəkildə 1/4 final mərhələsində qarşılaşacaqlar.
Açılış matçı saat 13:00-da Almaniya və Türkiyə yığmaları arasında oynanılacaq. Azərbaycan millisi qrupda ilk görüşünü saat 14:15-də Macarıstan yığması, "Neftçi" isə saat 13:50-də Rumıniya seçməsinə qarşı keçirəcək.