Təmsilçilərimiz Serbiyada hazırlaşırlar
3×3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan yığması və “Neftçi” klubu Serbiyanın Novi Sad şəhərində təlim-məşq toplanışı keçir.
mediasport.az xəbər verir ki, qadın komandalarımızın hazırlıq prosesi iyunun 10-a qədər davam edəcək.
Toplanışın əsas məqsədi 12-13 iyunda Şuşa şəhərində keçiriləcək 3×3 Dünya Qadınlar Seriyasının mərhələsinə hazırlaşmaqdır.