Parataekvondoçularımızın təlim-məşq toplanışı davam edir
Parataekvondo üzrə Azərbaycan millisi Özbəkistanın paytaxtı Daşkənddə hazırlığını davam etdirir.
Mediasport.az xəbər verir ki, baş məşqçi Fərid Tağızadənin rəhbərlik etdiyi komandanın hazırlıq prosesi aprelin 9-dək davam edəcək.
Parataekvondoçularımız Özbəkistan, Qazaxıstan və Monqolustan milliləri ilə birgə məşq edir. Toplanışda sınaq döyüşlərinin keçirilməsi də nəzərdə tutulub.
Xatırladaq ki, yığma Daşkəndə 8 parataekvondoçu və 2 məşqçi ilə yollanıb.