"Bakı fiaskosu" davam edir: Xanoğlan Kərimov da mundialda medalsız qaldı
Azərbaycanın daha bir taekvondoçusu Bakıda keçirilən dünya çempionatını medalsız başa vurub.
mediasport.az xəbər verir ki, 65 kq çəki dərəcəsində yarışan Xanoğlan Kərimov ilk iki görüşdə qalib gəlsə də, 1/16 finalda Tobias Hittelə (Danimarka) uduzaraq mübarizəni dayandırıb.
Onadək milli komandamızın 6 taekvondoçusu mübarizə aparıb və hamısı uğursuz olub. Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) ümidləri doğrultmayıblar.
DÇ iyunun 4-də başa çatacaq.