Dadaşov Avropa çempionu oldu, 9 ildən sonra himnimiz çalındı
Gənclərdən ibarət taekvondo milli komandamızın üzvü Səyyad Dadaşov U-21 Avropa çempionatında qızıl medal qazanıb. MediaSport.az xəbər verir ki, 54 kq-da mübarizə aparan təmsilçimiz həlledici görüşdə niderlandlı Milan Milllə üz-üzə gəlib.
Gərgin mübarizə şəraitində keçən dueli 2:1 hesabı ilə qazanan Dadaşov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Millinin digər üzvü Eltac Qafarov isə bürünc medala sahib çıxıb. Beləcə, milli komanda 5 ildən sonra Avropa çempionatında yenidən medal qazanıb. U-21-lərin yarışında isə 9 ildən sonra Azərbaycan himni səsləndirilib.
Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatına sentyabrın 30-da yekun vurulacaq.