Bakıda 2-ci gün: Daha 2 idmançımız mübarizəyə başlayır - DÇ-2023
Bu gün taekvondo üzrə Azərbaycan yığmasının daha iki üzvü Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.
mediasport.az 58 kq çəki dərəcəsində yarışacaq Qaşım Maqomedov 1/32 final mərhələsində Kay Çenq (Çin) - Denis Bllaca (Kosovo) cütünün qalibi ilə üz-üzə gələcək.
Qadınların mübarizəsində isə əsas medal ümidlərimizdən Fəridə Əzizova (67 kq) 1/16 finalda Kristina Teaçot (ABŞ) - Justina Koşalkovska (Polşa) duelinin güclüsü ilə qarşılaşacaq.
Daha əvvəl milli komandamızın taekvondoçusu Cavad Ağayev (68 kq) medal qazana bilməyib.
Bakı Kristal Zalında keçirilən mundial iyunun 4-də yekunlaşacaq.