Cüdo yığmamızdan növbəti uğursuzluq - AVROPA ÇEMPİONATI
Azərbaycan millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda U-23-lər arasında təşkil olunan cüdo üzrə Avropa çempionatında mübarizəni dayandırıb.
mediasport.az xəbər verir ki, təsnifat mərhələsi çərçivəsində Ukrayna yığması ilə qarşılaşan cüdoçularımız uğursuzluqla yadda qalıblar.
Yığmamızın heyətində Aydan Vəliyeva (57 kq), Rəşid Məmmədəliyev (73 kq) və Məhərrəm İmamverdiyev (90 kq) qarşılaşmalarını qələbə, Nərmin Əmirli (+70 kq), Ruslan Nəsirli (+90 kq) və Südabə Ağayeva (70 kq) məğlubiyyətlə başa vurub. Hesab bərabər olduğu üçün, reqlamentə əsasən, püşkatma ilə bu çəki dərəcələrinin birində əlavə görüşkeçirilib. Ruslan Nəsirli yenidən uduzub. Bununla da ümumi hesabda Ukrayna millisi qələbə qazanıb - 4:3. Azərbaycan yığması isə qitə birinciliyində mübarizəni dayandırıb.
Avropa çempionatına 14 cüdoçu ilə yollanan komandamız fərdi yarışı 1 qızıl və 2 gümüş medalla başa vurub. Nazir Talıbov çempion olub, Kənan İsmayılovla qadın idmançımız Könül Əliyeva isə ikinciliklə kifayətləib.
Məhərrəm İmamverdiyev (81 kq), İsmayıl Zamanov (90 kq) və Ruslan Nəsirli (100 kq) bürünc medal uğrunda həlledici görüşə qatılsa da, hamısı uduzaraq beşinci yeri tutub. Qadın təmsilçilərimiz - Südabə Ağayeva ilə Nərmin Əmirli isə elə ilk görüşlərindəcə məğlub olublar.