Təmsilçilərimiz Türkiyədə bütün rəqiblərini qabaqladılar
Türkiyənin Antalya şəhərində yerli Özəl İdmançılar İdman Federasiyasının xüsusi qayğıya ehtiyacı olan uşaqlar arasında təşkil etdiyi atletika yarışında Azərbaycan seçmə komandasının üzvləri də iştirak ediblər.
mediasport.az xəbər verir ki, təmsilçilərindən Mehriban Tağıyeva 100 metr, İsmayıl Əlizadə 110 metr, Rza Bayramov 110 metr məsafəyə qaçışda çempion olublar.
Fərid Ociyev 110 metr məsafəyə qaçışa 2-ci yeri tutub. Bu idmançıların hamısı uzunluğa tullanma üzrə yarışa da qatılaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yarışlarda Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstandan ümumilikdə 100-dən çox idmançı mübarizə aparıb.