Xankəndi yolunda qəzaya düşən PFL rəsmiləri Türkiyəyə aparılır
Öncədən xəbər verdiyimiz kimi, Peşəkar Futbol Liqasının (PFL) rəsmiləri bu gün yol qəzası keçiriblər.
Mediasport.az xəbər verir ki, qəzada ağır xəsarətlər alan PFL-in prezidenti Elxan Səmədov və vitse-prezidenti Aslan Şahgəldiyev Türkiyəyə aparılır.
Qurum rəsmilərinin orada əməliyyət ediləcəyi gözlənilir.
Xatırladaq ki, qəzaya düşənlər arasında, eyni zamanda, PFL əməkdaşları - Sənan Abdullayev, Rasim Qafarlı, Elgiz Abbasov, Zaur Hacıməhərrəmov da var. Onların müalicəsi Bakıdakı özəl xəstəxanalardan birində aparılır.
Səmədov Elxan Zakir (14.01.1974) - Sağ baldırın yuxarı 3-də 1-nin böyük ölçülü açıq qəlpəli yerdəyişmiş sınığı, sağ dirsək oynağının oynaqdaxili sınığı;
Abdullayev Sənan Məstəli (24.06.1984) - Hər iki ayaq pəncəsinin əzilməsi;
Şahgəldiyev Aslan Yadigar (31.08.1981) - L1 fəqərənin kompression sınığı;
Qafarlı Rasim Məmmədrəsul (20.06.1982) - Sağ diz oynağının əzilməsi;
Abbasov Elgiz Rafiq (26.04.1990) - Sağ diz nahiyə əzilməsi;
Hacıməhərrəmov Zaur Tahir (16.06.1981) - Burunun küt travması.