Tərxan Müəzffərov Slovakiyada Avropa çempionu adını qazanıb
Azərbaycanlı qol güləşçisi, super ağır çəki dərəcəsində yarışan Tərxan Müzəffərov Slovakiyada keçirilən 33-cü Avropa Çempionatında qızıl medal qazanıb.
Mediasport.az xəbər verir ki, idmançımız İtaliya, Gürcüstan, Ukrayna, Macarıstan və Bolqarıstandan olan bütün rəqiblərini məğlub edib.
Qeyd edək ki, Azərbaycan qol güləşi üzrə beynəlxalq yarışlarda 2014-cü ildən bu yana super ağır çəki dərəcəsində medal qazanmayıb.