"Turan Tovuz" Azərbaycan Premyer Liqasının rekordunu təkrarladı
"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 5-ci turunun "Səbail"lə matçında qələbə qazanıb (1:0).
Mediasport.az xəbər verir ki, nəticədə, ölkə çempionatlarının 32 illik tarixində 7-ci dəfə bir komanda ilk 5 matçında qol buraxmayıb.
Bunu ilk dəfə 1993/94 mövsümündə "İnşaatçı" (Bakı) bacarıb. Sonra "Xəzri" (1995/96) və "Dinamo" (1998/99, sonrakı "Bakı") eyni nəticəni təkrarlayıb. Yalnız "Xəzər Lənkəran" startda iki belə seriyaya imza atıb: 2007/08 və 2010/11 mövsümlərində.
"Qəbələ" 2016/17 mövsümündə sözügedən nəticəni təkrarlayan komandalardan olub. Dmitri Bezotosnı ilk 5 turda qapısını toxunulmaz saxlayan ilk legioner qapıçı kimi tarixə düşüb.
"Turan Tovuz" isə statistikanı gerçəkləşdirən 7-ci kollektiv olsa da, İvan Konovalov Bezotosnıdan sonra bunu reallaşdıran ikinci əcnəbi dəri əlcək sahibi olub.
Kurban Berdıyevin komandası cari mövsüm yalnız "Neftçi" ilə heç-heçə edib (0:0). Ardınca "Sumqayıt", "Qarabağ" və "Səbail"i bir, "Kəpəz"i üç cavabsız qolla məğlub edib.