"Turan Tovuz"un 4 azarkeşi lotereyada hədiyyələr qazandı
Azərbaycan Premyer Liqasının 33-cü turunun “Turan Tovuz” - “Zirə” (1:2) oyunundan sonra meydan sahibi komandanın tərəfdaşı “İnci Group of Companies” tərəfindən stimullaşdırıcı lotereya keçirilib.
Mediasport.az xəbər verir ki, kompaniya tərəfindən təqdim olunan 4 növ məişət avadanlığı sahibini tapıb.
Əvvəlcədən lototrona yerləşdirilən bilet kötüklərindən 4-ü ardıcıllıqla lototrondan çıxarılıb.
Qalib seriyalara malik biletlər uduşlu sayılıb.
Məişət texnikalarına Yadigar Kərimov, Ayxan Bağırov, Həsən Əmirov və Murad Hüseynov sahib olublar.