Dünya çempionatının 19-cu təsnifat mərhələsini o qazandı
“Ferrari” komandasının ispan pilotu Karlos Sayns (kiçik) “Formula 1” üzrə ABŞ Qran Prisinin dünya çempionatının 19-cu təsnifat mərhələsinin qalibi olub.
mediasport.az xəbər verir ki, ispaniyalı ən yaxşı dövrəni 1 dəqiqə 34,356 saniyəyə qət edib.
İkinci yeri onun monakolu komanda yoldaşı Çarlz Lekler (0,065 saniyə geri qalmaqla) tutub. İlk üçlüyü daha əvvəl cari mövsümdə qələbəni vaxtından əvvəl təmin edən “Red Bull”un niderlandlı pilotu Maks Verstappen (+0,092) qapayıb.