Qadın hakimlərimiz Avropa çempionatı matçına təyinat alıblar

Qadın hakimlərimiz Avropa çempionatı matçına təyinat alıblar

FİFA referisi Fəridə Lütfəliyeva növbəti dəfə beynəlxalq təyinat alıb.

Mediasport.az xəbər verir ki, ədalət təmsilçisi qadın futbolçulardan ibarət Monteneqro və Andorra komandaları arasında keçiriləcək Avropa çempionatının seçmə mərhələ oyununu idarə edəcək.

Lütfəliyevaya Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcəklər. Dördüncü hakim funksiyasını maltalı Yoanna Vassallo yerinə yetirəcək.

C Liqasının 3-cü qrupunun matçı aprelin 5-də Monteneqronun Podqoritsa şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 18:30-da başlanacaq.