Cəzalandırılmış Höccət milli komandanın düşərgəsini tərk edib
Azərbaycan milli komandasının müdafiəçisi Höccat Haqverdi yığmanın düşərgəsini tərk edib.
AFFA-dan Mediasport.az saytına verilən məlumata görə, buna futbolçunun ötən il noyabrın 20-də beynəlxalq yoldaşlıq oyunu çərçivəsində Skopyedə, Anton Malatinski stadionunda keçirilmiş Şimali Makedoniya - Azərbaycan oyununda qırmızı vərəqə alması səbəb olub.
O, İordaniya millisinə qarşı yoldaşlıq matçında oynaya bilməyəcəyi üçün yığma komandadan ayrılıb.
Qeyd edək ki, millimiz sentyabrın 12-də beynəlxalq yoldaşlıq oyunu çərçivəsində “Dalğa Arena”da İordaniya millisi ilə qarşılaşacaq. Görüş saat 20:00-da start götürəcək.