Veteran stolüstü tennisçilərimiz Avropa Oyunlarını qalibi oldular

Veteran stolüstü tennisçilərimiz Avropa Oyunlarını qalibi oldular

Veteran stolüstü tennisçilər Avropa Oyunlarında uğurla çıxış ediblər.

MediaSport.az xəbər verir ki, Finlandiyanın Tampere şəhərində 70-dən çox ölkənin veteran idmançılarının qatıldığı Avropa Oyunlarına yekun vurulub.

Yarışda ölkəmizi stolüstü tennis idmanı üzrə təmsil edən İlkin Mustafayev, Faiq Bağırov və Firdovsi Kərimov uğurlu nəticəyə imza atıb. 

Gərgin mübarizə ilə yadda qalan fərdi yarışlarda İlkin Mustafayev bürünc medala layiq görülüb. Faiq Bağırov təsəlliverici görüşlərdə gümüş mükafat qazanıb. 1/4 finalda uduzan Firdovsi Kərimov isə ilk 8-likdə qərarlaşıb. Qoşa yarışlar təmsilçilərimiz üçün daha uğurlu alınıb. İlkin Mustafayev burada da bürünc medala sahib olub. Firdovsi Kərimovla Faiq Bağırov isə təsəlliverici görüşlərdə baş mükafata layiq görülüb. 

Qeyd edək ki, veteran idmançıların növbəti Avropa oyunları 2027-ci ildə İtaliyanın Komo şəhərində keçiriləcək.