Daxili işlər naziri Vilayət Eyvazov Olimpiya mükafatçısını rəis təyin etdi
Bugünlərdə xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilən DİN-in İdman Cəmiyyətinin rəisi, Olimpiya çempionu Zemfira Meftahətdinovanın əvəzinə təyinat rəsmiləşib.
mediasport.az xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi vəzifəsi cüdo üzrə dünya çempionu, "Pekin-2008" Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Mövlud Mirəliyevə həvalə edilib.
Polis polkovnik-leytenantı bu təyinata qədər DİN-in İdman Cəmiyyətinin baş inspektoru vəzifəsində xidmət edib.