Vüqar Həşimov adına superturnirin iştirakçıları müəyyənləşib

Vüqar Həşimov adına superturnirin iştirakçıları müəyyənləşib

"Vüqar Həşimov Memorial-2023" superturnirinin iştirakçıları müəyyənləşib.

Mediasport.az xəbər verir ki, bu barədə memorialın direktoru Anar Allahverdiyev mətbuat konfransında məlumat verib.

O yerli şahmatçılardan Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Nicat Abasov, Rauf Məmmədov və Aydın Süleymanlının turnirə qatılacağını bildirib.

A.Allahverdiyev yarışda Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Nicat Abasov, Rauf Məmmədov, Aydın Süleymanlı, Santoş Vidit (Hindistan), Riçard Rapport (Rumıniya), Yan-Kşiştof Duda (Polşa), Yorden van Forest (Niderland) və Boris Geifandın (İsrail) iştirak edəcəyini söyləyib.

Qeyd edək ki, turnir Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyanın təşkilatçılığı ilə dekabrın 7-11-i aralığında Qəbələdə təşkil olunacaq.