Komandamız V Avropa Universitet Oyunlarında birinci yeri tutub

Komandamız V Avropa Universitet Oyunlarında birinci yeri tutub

Azərbaycan şahmatçıları Macarıstanda keçirilən V Avropa Universitet Oyunlarında uğur qazanıblar.

Mediasport.az xəbər verir ki, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını təmsil edən Vüqar Manafov və Elmar Atakişiyevdən ibarət komanda rapid yarışlarında bütün rəqiblərindən güclü olub.

9 turda 15 xal toplayan təmsilçimiz qalib adını 17 kollektiv arasında əldə edib.

Bu gün blits üzrə yarış baş tutacaq.