Avstriya yığmasında ciddi itki - Azərbaycana qarşı oynamayacaq
Oktyabrın 16-da Bakıda Azərbaycan yığmasının qonağı olacaq Avstriya milli komandası ölkəmizə itkiylə gələcək.
Mediasport.az xəbər verir ki, AVRO-2024-ün seçmə qrup mərhələsinin 6-cı turu çərçivəsində komandamızın qonağı olacaq avstriyalılar aparıcı futbolçusu Marko Arnautoviçin xidmətindən istifadə edə bilməyəcklər.
İcarə əsasında Milan "İnter"ində çıxış edən 34 yaşlı hücumçu İtaliya A Seriyasının 5-ci turunun “Empoli” ilə oyununda zədələnib. Tibbi yoxlanışdan sonra "Bolonya"ya məxsus futbolçunun sol budunda əzələ yırtığı aşkarlanıb.
Həkimlərin məlumatına görə, Marko 2 ay futboldan uzaq qalacaq.
O, Azərbaycana qədər oktyabrın 13-də Vyanada qrupun lideri Belçika seçməsinə qarşı görüşü də buraxacaq.