Ramil 90 dəqiqə oynadı, komandası növbəti qələbəsini qazandı

Ramil 90 dəqiqə oynadı, komandası növbəti qələbəsini qazandı

Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Buriram Yunayted” Tayland çempionatında 3-cü turun oyununu keçirib.

Mediasport.az xəbər verir ki, Buriram təmsilçisi səfərdə “Suxotay"la qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.

Meydana start "11-lik"də çıxan Şeydayev sonadək mübarizə aparıb. “Buriram Yunayted” hazırda 7 xalla 2-ci pillədə qərarlaşıb.