"Sabah" ilk yarımfinal oyununda böyükhesablı qələbə qazandı
Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start verilib.
Mediasport.az xəbər verir ki, Sərhədçi İdman Mərkəzində baş tutan ilk qarşılaşmada "Sabah" və "Xırdalan" komandaları görüşüblər.
101:85 hesablı asan qələbə qazanan "Sabah" ikinci matçöncəsi üstünlük əldə edib.
Ən məhsuldar basketbolçular "Sabah"dan Kivon Devenport (24 xal, 3 ribaund), "Xırdalan"dan Teyvion Körk (27 xal, 9 asist) olub.
Komandalar arasında ikinci duel mayın 10-da keçiriləcək.
"Sabah" yenidən qalib gəlsə, finala vəsiqəni rəsmiləşdirəcək, əks halda 3-cü - həlledici görüş baş tutacaq.
Yarımfinalın digər cütündə isə "Xəzri" və "NTD-İndiqo" üz-üzə gələcək. Bu rəqiblərin ilk oyunu sabaha nəzərdə tutulub.