Azərbaycan yığmasının futbolçusu Polşa klubunda debüt edib
Azərbaycan milli komandasının futbolçusu Rahil Məmmədov Polşanın LKS klubunda debüt edib.
Mediasport.az xəbər verir ki, 28 yaşlı müdafiəçi Qazaxıstanın “Atırau” komandasına qarşı bu dəqiqələrdə keçirilən yoxlama matçında meydana start heyətdə daxil olub.
İlk hissədən sonra hesab açılmayıb.
Qeyd edək ki, Rahil Məmmədov Lodz klubu ilə 1,5 illik müqavilə bağlayıb.