Azərbaycan boksçusu olimpiadada 1/4 finala vəsiqə qazandı

 Azərbaycan boksçusu olimpiadada 1/4 finala vəsiqə qazandı

Azərbaycanın boksçusu Murad Allahverdiyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.

Mediasport.az xəbər verir ki, 80 kq çəki dərəcəsində yarışan idmançımız 1/8 finalda misirli Abdelrahman Abdelcavvadla qarşılaşıb.

Rəqibini üstələyən idmançımız 1/4 finala adlayıb. Boksçumuz yarımfinal yolunda avqustun 2-si, qazaxıstanlı Nurbek Oralbayla qarşılaşacaq.

51 kq çəkidə təmsilçimiz Nicat Hüseynov isə 1/16 finalda Dominikan təmsilçisi Junior Alkantara Reyesə uduzaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın digər boksçusu Alfonso Dominges 1/4 finala yüksəlmişdi.