Azərbaycanın daha bir cüdoçusu olimpiadada medal qazana bilmədi

Azərbaycanın daha bir cüdoçusu olimpiadada medal qazana bilmədi

Azərbaycan cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.

Mediasport.az xəbər verir ki, 90 kq çəkidə yarışan təmsilçimiz 1/16 finalda qələbə qazansa da, 1/8-də yerli idmançıya uduzub.

Fransalı Maksim Hambuya ipponla məğlub olan Hacıyev olimpiadada medalsız alıb.

Xatırladaq ki, əvvəlki günlərdə Azərbaycan cüdoçularından Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Balabəy Ağayev (60 kq), Yaşar Nəcəfov (66 kq) və Zelim Çkayev (81 kq) uğursuz çıxış ediblər.

Yalnız 73 kq çəkidə Hidayət Heydərov (73 kq) qızıl medal qazanıb.

Ölkəmiz Parisə 9 cüdoçu ilə yollanıb.