Azərbaycan çempionatının yeni mövsümündə 14 klub yarışacaq

Azərbaycan çempionatının yeni mövsümündə 14 klub yarışacaq

Minifutbol üzrə Azərbaycan çempionatının 2024/2025-ci illər mövsümündə iştirak edəcək komanda sayı müəyyənləşib.

Mediasport.az xəbər verir ki, 14 klub çempionluq uğrunda yarışacaq.

"Birbaşa Bakı", "Göyçə", "Zirə", "Laçın", "Aznur", "Galaxy", "Sumqayıt", "Siyəzən", "Suraxanı", "Çinar Zəngilan", "Şamaxı", "Füzuli Altay", "Bakı 145" və "Star Bakı" kollektivləri mübarizə aparacaqlar.

Startı oktyabrın 1-də veriləcək Azərbaycan çempionatının oyunları Bakı Tennis Akademiyasının meydançasında keçiriləcək.