Badmintonçularımız Xorvatiyada bürünc medal qazanıblar

Badmintonçularımız Xorvatiyada bürünc medal qazanıblar

Yeniyetmə badmintonçularımız Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən “10th LI-NING Zagreb Youth Open” turnirində bürünc medal qazanıblar.

Mediasport.az xəbər verir ki, 15 yaşadək badmintonçuların qarışıq qoşa yarışında Əli Gözəlov-Aysu Kərimzadə tandemi bu kateqoriya üzrə turnirin yarımfinalına kimi irəliləyib.

Mübarizəyə 1/32 finaldan başlayan yeniyetmə badmintonçularımız yarımfinala gedən yolda Macarıstan, Sloveniya, Polşa və Türkiyədən olan rəqiblərinə qalib gələrək qarışıq qoşa yarışında ən güclü dördlüyə yüksəlib.

Əli Gözəlov və Aysu Kərimzadə finalın bir addımlığında gərgin və maraqlı mübarizə şəraitində keçən görüşdə Rumıniya badmintonçularına 0:2 (20-22,20-22) hesabı ilə uduzub.