Yığmamız EEVZA çempionatına hazırlıqları davam etdirir

Yığmamız EEVZA çempionatına hazırlıqları davam etdirir

20-26 noyabr tarixlərində Latviyanın Dauqavpils şəhərində keçiriləcək 18 yaşadək voleybolçu qızlar arasında Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcək komandamız hazırlıqlarını davam edir.

Mediasport.az xəbər verir ki, AVF-nin idman zalında və GİN-nin Voleybol Mərkəzində təşkil olunan məşqlərə ümumilikdə 18 idmançı cəlb olunub.

Şahin Çatmanın rəhbərlik etdiyi komandamız yarışa ən yaxşı 14 voleybolçu ilə yollanacaq. 

Qeyd edək ki, bugünlərdə Bakıda səfərdə olmuş Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandar Boriçiç, CEV-in vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanev gənclərimizin məşq prosesini izləmiş və onlara uğurlar arzu etmişdilər.