2026-cı ildə Litvada keçiriləcək AÇ-nin təqvimi açıqlanıb
Futzal üzrə AÇ-2026-nın oyun təqvimi açıqlanıb.
Mediasport.az xəbər verir ki, qitə birinciliyi Litvanın 2 şəhərində (Riqa və Kaunas) keçiriləcək.
Həlledici mərhələdə 16 komanda iştirak edəcək ki, onlardan 14-cü seçmə mərhələdən vəsiqə qazanacaq. Bəs Latviya və Litvaya hansı komandalar qonaq gedəcək?
Artıq seçmə mərhələlər və oyun tarixləri məlumdur. İlkin mərhələnin püşkü gələn il yanvarın 25-də atılacaq. Oyunlar isə aprelin 8-dən 17-dək keçiriləcək.
Bu mərhələdə uğur qazanacaq millilər mübarizəyə birbaşa əsas mərhələdən başlayacaq komandalara qoşulacaq. Əsas mərhələnin püşkü 2024-cü il iyulun 17-də atılacaq. Bu raundda oyunlar ev-səfər sistemi ilə 9-18 dekabr 2024, 27 yanvar-5 fevral 2025, 3-12 mart 2025, 7-16 aprel 2025-ci il tarixlərində keçiriləcək.
Pley-off mərhələsinin püşkü 15 may, oyunlar isə 15-24 sentyabr 2025-ci il tarixlərdə baş tutacaq. Final mərhələsi isə qeyd etdiyimiz kimi, 18 yanvar - 8 fevral 2026-cı ildə təşkil olunacaq.
Reytinq cədvəlinin aşağı pillələrində qərarlaşan komandalar ilkin mərhələdən mübarizəyə başlayacaq. Bu mərhələnin oyunları mini-turnir şəklində keçiriləcək. Əsas mərhələdə isə ümumilikdə 40 komanda yarışacaq. Bura ilkin mərhələdən vəsiqə qazananlar və reytinqi yüksək olduğuna görə, mübarizəyə birbaşa əsas mərhələdən başlayacaq komandalar daxildir.
40 komanda hər birində 4 iştirakçı olmaqla 10 qrupa bölünəcək. Oyunlar ev-səfər qaydasında keçiriləcək. Qrup qalibləri birbaşa final mərhələsinə vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik olacaq 8 “ikinci” isə pley-off-da iştirak edəcək və qalib gələn 4 komanda da Latviya və Litvaya qoşulacaq.