Azərbaycan çempionatında yarımfinalın növbəti oyunu keçirilib
Kişi voleybolçular arasında Yüksək Liqada yarımfinal mərhələsinin növbəti oyunu baş tutub.
Mediasport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən görüşdə “Murov Az Terminal” “Neftçi”yə şans verməyib - 3:0 (27:25, 25:19, 25:18).
Komandalar arasında cavab matçı aprelin 18-də keçiriləcək.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər ilk oyununda “Azərreyl” dünən MOİK-dən üstün olub (3:0).