"Zirə"dən ayrılan futbolçu Serbiya klubuna transfer edilib - RƏSMİ

"Zirə"dən ayrılan futbolçu Serbiya klubuna transfer edilib - RƏSMİ

Bir neçə gün əvvəl "Zirə"dən ayrılan Andriya Lukoviçin yeni klubu müəyyənləşib.

Mediasport.az xəbər verir ki, serbiyalı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək.

29 yaşlı futbolçu "Radniçki" ilə 1.5 illik müqavilə bağlayıb.

Lukoviç Zirə təmsilçisinin heyətində 2022-ci ilin avqustundan çıxış edirdi. O, qəsəbə klubunda 30 oyun keçirib.