"Sumqayıt" Türkiyədə çempion oldu
Türkiyənin Yalova şəhərində keçirilən "İnternational Maxwell Cup" turnirində iştirak edən "Sumqayıt" klubunun 14 yaşlı futbolçuları çempion adını qazanıblar.
MediaSport.az xəbər verir ki, Zahir Əsgərzadənin komandası yarımfinalda "Poyrazköy Spor", finalda isə "Magfa"dan üstün olub.
Elşad Eyvazovun başçılıq etdiyi "Sumqayıt" U-11 komandası isə 3-cü yer uğrunda mübarizədə "Gölcük Qaradəniz" kollektivinə qalib gələrək bürünc medalları təmin edib.
Bu yaş qrupunda "Bursa Kültürspor" çempionluğu bayram edib. "Sumqayıt"dan İmran Seyidbalayev isə yarışın ən yaxşı futbolçusu mükafatına layiq görülüb.