Tatamiyə çıxan 3 cüdoçumuzdan yalnız 1-i finala vəsiqə qazanıb

  Tatamiyə çıxan 3 cüdoçumuzdan yalnız 1-i finala vəsiqə qazanıb

Türkiyədə keçirilən "Böyük Dəbilqə" turnirində Azərbaycanın daha 1 cüdoçusu finala vəsiqə qazanıb.

Mediasport.az xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Talıbov həlledici mərhələyə vəsiqəni təmin edib.

Bu gün mübarizə qoşulan digər 2 cüdoçu - Uşanqi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) medal qazana bilməyiblər.

Turnirdə buna qədər Azərbaycanın 6 cüdoçusu yarışıb və yalnız Rəşid Məmmədəliyev (73 kq) gümüş medal qazanıb.