DÇ-2022 - İran milli komandası mundiala bu futbolçularla yollanır

DÇ-2022 - İran milli komandası mundiala bu futbolçularla yollanır

İran millisinin Qətərdə keçiriləcək Dünya çempionatı üçün yekun heyəti bəlli olub.

mediasport.az xəbər verir ki, baş məşqçi Karluş Keyruş 25 futbolçuya dəvət göndərib.

İran yığması noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq mundialda ABŞ, Uels və İngiltərə ilə birlikdə B qrupunda mübarizə aparacaq.

Qapıçılar: Əlirza Beyravənd ("Persepolis"), Əmir Əbədzadə ("Ponferradina"), Hüseyn Hüseyni ("İstiqlal"), Payam Niazmənd ("Sepahan").

Müdafiəçilər: Məcid Hüseyni ("Trabzonspor"), Hüseyn Kənaani ("Əl Əhli"), Şoca Xəlilzadə ("Əl Əhli"), Mürtəza Purliqanji ("Əl Ərəbi"), Sadiq Məhərrəmi ("Lokomotiva" Zaqreb), Milad Məhəmmədi ("Gent"), Ehsan Haysəfi (AEK), Ramin Rzaian ("Persepolis"), Əbülfəzl Cəlali ("İstiqlal").

Yarımmüdafiəçilər: Səid İzzatullahi ("Veyle"), Əli Kərimi ("Kayserispor"), Əhməd Nurullahi ("Şabab Əl-Əhli"), Ruzbeh Çeşmi ("İstiqlal"), Vahid Əmiri ("Persepolis"), Saman Qodos ("Brentford"), Əlirza Cahanbəxş ("Feyenoord"), Əli Quluzadə ("Şarlerua"), Mehdi Turabi ("Persepolis").

Hücumçular: Sədar Azmun ("Bayer" Leverkuzen), Mehdi Taremi ("Porto"), Kərim Ənsarifərd (AEK).